Elmar Məmmədyarov Kosta Rikaya gedib

Elmar Məmmədyarov Kosta Rikaya gedib backend

Bakı. 1 iyun. QAZİLER.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasına rəsmi səfərə yola düşüb

Nazirin səfər çərçivəsində Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sans və digər rəsmi şəxslərlə görüşü, Azərbaycan Respublikası Hökuməti və Kosta Rika Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, M.Qonsales oktyabrın 19-20-də Azərbaycana səfər etmişdi.
Diaspora