"ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir. ABŞ sizinlə işləməyə hazırdır".
QAZİLƏR.AZ APA-ya istinadən bildirir ki,bu sözlər ABŞ prezidenti Donald Trampın bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ünvanladığı məktubda əksini tapıb.
D. Tramp bildirib ki, ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir.
ABŞ lideri ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu da qeyd edib.