Moldova rus diplomatları qovma səbəbini açıqladı

Moldova rus diplomatları qovma səbəbini açıqladı backend

Biz Rusiya diplomatlarını xüsusi xidmət orqanlarından aldığımız məlumatlar əsasında arzuolunmaz şəxs elan etmişik.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moldova Baş naziri Pavel Filip söyləyib. O, məhz hansı informsiyaya görə diplomatların ölkədən qovulmasını açıqlamayacağını bildirib:

“Qanunlar bunu etməyə imkan vermir. Bu mənim deyə biləcəyim yeganə şeylərdir. Xüsusi xidmət orqanlarının informasiyasını sizə söyləyə bilmərəm”.

Moldova 5 rus diplomatı arzuolunmaz şəxs elan edib. Ölkə Prezidenti Dodon bunu Rusiya ilə ikitərəfli əlaqələrin inkişafına mane olmaq üçün atılan addım adlandırıb.

Qeyd edək ki, Dodon rusiyayönlü, Baş nazir Filip isə qərbyönlü siyasətçi hesab edilir.
Diaspora