Birləşmiş Ştatlar Şimali Koreyanın qarşısını almaq üçün Sakit okeana üçüncü təyyarə gəmisi qrupunu göndərib.
Qaziler.az Report-a istinadən xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.Qeyd olunur ki, “Nimitz” aviadaşıyıcısı “Karl Vinson” və “Ronald Reyqan” təyyarə gəmilərinə qoşulacaq.
“ABŞ Hərbi Dəniz Qüvvələri dinc vaxtı nadir hallarda bir regiona eyni zamanda üç aviadaşıyıcı yerləşdirir”, - deyə məlumatda qeyd olunur.