Sabah Türkiyənin İstanbul şəhərindəki Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlanacaq.
Qaziler.az-ın Report-a istinadən məlumatına görə, aksiya Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə 28 May -Respublika Günü münasibətilə təşkil olunacaq.Belə ki, saat 20:00-dan səhər açılana kimi körpü üçrəngli bayrağın işıqlarına boyanacaq.