Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə müraciət ünvanlanıb

Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə müraciət ünvanlanıb backend

Rusiya Dövlət Sosial Universiteti Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə müraciət ünvanlanlayıb.

QAZİLƏR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki,, bəyanatda Rusiya Dövlət Sosial Universitetinin 10 ildən artıqdır Ümumrusiya Azərbaycanlıları Konqresi ilə əməkdaşlıq etdiyi bildirilir. Bu illər ərzində sıx dostluq və işgüzar münasibətlərin inkişafı, mədəni, elmi və mənəvi əlaqələrin qurulması istiqamətində ÜAK-la birgə xeyli işlər görülüb.

Həmçinin bəyanatda vurğulanır ki, ictimai təşkilat olan ÜAK-ın yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. 2004-cü ildə ÜAK-ın II Qurultayında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Bəyanatda belə deyilir: “ÜAK-ın qeydiyyatının ləğvi, təşkilatın gələcək taleyi ilə əlaqədar öz narahatlığımızı ifadə edirik. Belə təşkilatların fəaliyyəti Rusiya və Azərbaycan xalqı arasındakı dostluq münasibətlərinin möhkəmləndirilməsi, habelə Azərbaycan diasporunun Rusiyanın ictimai həyatında layiqli iştirakı üçün zəruridir”.
Diaspora