Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qurucusu olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında partiyanın sədri seçilib.
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bu il aprelin 16-da qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklər prezidentə partiya üzvü və partiya sədri olmaq hüququ verib.
Mayın 2-də R.T.Ərdoğan 33 ay sonra yenidən AKP-nin üzvü olub. Bu gün isə R.T.Ərdoğan1414 səslə 998 gün sonra yenidən AKP sədri seçilib.
Qeyd edək ki, Ərdoğan prezident seçilməsi ilə əlaqədar 2014-cü ilin avqustunda AKP üzvlüyündən və partiyanın sədri postundan istefa verib.