Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşəcək.
Trend-in məlumatına görə, Avropa Komissiyasının mətbuat katibi Marqaritis Skinas görüşün mayın 25-də Brüsseldə baş tutacağını deyib.
Qeyd edək ki, R.T.Ərdoğan mayın 25-də NATO-nun yeni qərargahının açılış mərasimində iştirak edəcək. Tədbir çərçivəsində Türkiyə prezidentinin bəzi ölkə liderləri ilə görüşlər keçirəcəyi gözlənilir.