Bu gün Fransa Konstitusiya Şurasının sədri Loran Fabius Emmanuel Makronu Fransanın səkkizinci prezidenti elan edib.
Qaziler.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bundan öncə Yelisey sarayında prezident postunu tərk edən Fransua Ollandla vida mərasimi keçirilib.E. Makron və F. Olland arasında prezident kabinetində vida görüşü 25 dəqiqə planlaşdırılsa da, 1 saatdan çox çəkib. Daha sonra isə E. Makron və F. Olland bir-birinə xoş sözlər deyib, bir-birinin əlini sıxıb. E. Makron F. Ollandı avtomobilə qədər müşayiət edib. Bu, protokola uyğun olaraq sabiq prezidentə hörmətin ifadəsidir.