Mayın 10-da ABŞ prezidenti Donald Tramp Ağ Evdə Rusiya Xarici işlər naziri Sergey Lavrovla mətbuata qapalı görüş keçirib.
“Ölkə.Az” xəbər verir ki, görüşə sadəcə bir rus jurnalistin buraxılması ABŞ mətbuatında qalmaqala səbəb olub.Görüşdən sonra rus mətbuatında Trampın Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak və Lavrov ilə əl-ələ görüşərkən çəkilmiş fotosu yayımlanıb. Fotonu Rusiyanın “Tass” Agentliyinin fotoqrafı Aleksandr Şerbak çəkib. ABŞ jurnalistləri arasında Aleksandr Şerbak tərəfindən çəkilmiş şəklin yayımlanmasının münasib olmadığı ilə bağlı müzakirələr başlayıb. Amerika qəzetlərindən biri məsələ ilə bağlı dərc etdiyi xəbərdə “Rus mətbuatına güvənmək olmaz” ifadələrini işlədib.
Məsələ gündəmə bomba kimi düşüb. Hadisə Amerika mətbuatında müzakirə olunarkən, Rusiya Xarici İşlər Nzirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məsələyə münasibət bildirib. M.Zaxarova deyib ki, görüş Donald Trampın qərarı əsasında mətbuata qapalı keçirilib Onun sözlərinə görə, burada Rusiya tərəfinin heç bir günahı yoxdur.
“Görüşün amerikalı jurnalistlər üçün qapalı keçirilməsi cənab Trampın qəzarıdır. Biz tərəfdən bir fotomüxbirimizin iştirakı lazım bilindi. Çəkilişlər normal görüş şəraitində baş verdi. Daha sonra fotolar Amerikalı mütəxəssislər tərəfindən yoxlanıldı. ABŞ tərəfi bizə fotoların yayılmaması barədə heç bir söz deməmişdi. Düşünürəm ki, amerikalı jurnalistlərin bu iddiaları əsassızdır və yeni qalmaqal yaratmağa xidmət edir. Görünür burada hansısa qüvvələrin rolu var”, - deyə M.Zaxarova bildirib.
Məsələyə görüşdə iştirak edən rusiyalı fotoqraf Aleksandr Şerbak da münasibət bildirib. Rus fotoqraf deyib ki, yayımlanan fotoda heç bir problem yoxdur. Onun sözlərinə görə, fotolar razılaşdırma əsasında çəkilib.
“Çəkilişlər bütün qayda və qanunlar çərçivəsində olub. Amerikalı jurnalistlərin qaldırdığı və bizə qarşı səsləndirdiyi ittihamlar əsassızdır. Görüşdə əvvəlcə Lavrovla Tramp görüşdü. ABŞ prezidenti daha sonra Sergey Kislyak ilə əl sıxışdı. Mən də baş verən hadisələrə çəkmişəm. Uzun müddətdir peşəkar fotoqraf kimi fəaliyyət göstərirəm. Birinci dəfədir ki, belə absurt və mənasız ittihamlarla rastlaşıram. Amerikalı həmkarlarımdan xahiş edirəm ki, belə mənasız sözlərlə vaxtlarını itirməsinlər”, - detə fotoqraf Facebook səhifəsində yazıb.
Məsələyə “Tass” Agentliyi də rəsmi münasibət bildirib. Agentlikdən vurğulanıb ki. Görüşdə iştirak edən Aleksandr Şerbak peşəkar fotoqrafdır. Onun bir çox nüfuzlu tədbirlərdə iştirak etdiyi və indiyə qədər heç bir qüsura yol vermədiyi vurğulanıb. Həmçinin qeyd edilib ki, Ağ Evdə baş verən görüşdə də çəkilmiş fotolarda heç bir problem yoxdur. Onlara qarşı səslənən ittihamların hamısı əsassızdır.