Rusiya və Avropa Birliyi arasında əlaqələr bərpa edilməlidir.
Axar.az xəbər verir ki, bunu “Adevarul.ro” saytına müsahibəsində Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker söyləyib.“Bu doğrudur ki, bizim Rusiya ilə münasibətlərimiz əvvəlki kimi deyil. Bu gün bizim münasibətlərimizdə problemlər olmasına baxmayaraq, münasibətimiz hələ də tam məhv olmayıb. Biz münasibətlərimizi bərpa etməliyik”, - deyə o bildirib.