Milli Məclisin sədri Oqtay Əsədov yaxın aylarda Belarusa rəsmi səfər edəcək. SİVİL.AZ-ın məlumatına görə, bu barədə Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç bildirib.
Səfir onu da qeyd edib ki, iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar prezident İlham Əliyevin də Belarusa səfəri gözlənilir.