Parlamentarilər Qazaxıstana gedəcəklər

Parlamentarilər Qazaxıstana gedəcəklər backend

Azərbaycan parlamentinin üzvləri Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün bu ölkəyə gedəcəklər.

Milli Məclisdən APA-ya verilən məlumata görə, millət vəkilləri Musa Quliyev, Ayaz Orucov, Çingiz Qənizadə, Sədaqət Vəliyeva, Rüfət Quliyev və Milli Məclis sədrinin köməkçisi Aydın Cəfərov Qazaxıstanın müxtəlif şəhərlərində seçkiləri müşahidə edəcəklər. Səfər aprelin 24-dən 29-dək davam edəcək.

Qeyd edək ki, aprelin 26-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Diaspora