Türkiyə Baş naziri Binəli Yıldırım moldovalı həmkarı Pavel Filipin dəvətilə bu ölkəyə səfərə gedib.
Axar.az xəbər verir ki, səfər zamanı iki ölkə arasında ikitərəfli əməkdaşlıq məsələri müzakirə olunacaq və müxtəlif sahələrdə razılaşmalar imzalanacaq.Yıldırımın Moldova Prezidenti İqor Dodon, Baş nazir Pavel Filip və parlament spikeri Andrian Kandu ilə görüşü nəzərdə tutulub.
Bundan başqa Türkiyə baş naziri Qaqauziyaya da səfər edəcək və IV Ümumdünya Qaqauz Konqresində çıxış edəcək.