ABŞ Koreya Xalq Demokratik Respublikasını regional deyil, qlobal təhlükə adlandırıb. Bunu ABŞ Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığının rəhbəri general Reymond Tomas deyib.
Onun sözlərinə görə, Pxenyanın davranışları "get-gedə daha da müəmmalı" olmağa başlayıb.
"KXDR əvvəllər regional təhlükə kəsb edirdi. İndi isə o, nüvə silahı və ballistik raketlər əldə etməyə cəhdləri səbəbindən qlobal təhlükəyə çevrilib", - deyə “RİA Novosti" Amerika generalının sözlərini sitat gətirib.