"Azərbaycan NATO üçün çox dəyərli tərəfdaşdır".
Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldem deyib.İlk dəfədir bu vəzifədə Bakıya səfər etdiyini söyləyən türkiyəli T. İldem bildirib ki, alyans Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir.