İlham Əliyev Qətər Dövlətinin sabiq Baş naziri və xarici işlər nazirini qəbul edib

İlham Əliyev Qətər Dövlətinin sabiq Baş naziri və xarici işlər nazirini qəbul edib backend

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Qətər Dövlətinin sabiq baş naziri və sabiq xarici işlər naziri Şeyx Həməd bin Casim bin Cabir Al Tanini qəbul edib.


Həməd bin Casim bin Cabir Al Tani Azərbaycana səfərindən keçən 10 il ərzində ölkəmizdə inanılmaz dərəcədə böyük dəyişikliklərin şahidi olduğunu dedi və paytaxtımızda aparılan çox böyük abadlıq və inkişaf proseslərinə valeh olduğunu bildirdi. Həməd bin Casim bin Cabir Al Tani Qətərdən və ölkəsinin yerləşdiyi regiondan Azərbaycana artıq çoxsaylı turistlərin gəlməsini məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev son illər Azərbaycanda gedən inkişaf-quruculuq işlərinə toxundu, insanların rahat yaşayışı üçün böyük həcmdə investisiyanın yatırıldığını dedi. Dövlətimizin başçısı Azərbaycanda, o cümlədən Bakı şəhərində həyata keçirilən genişmiqyaslı işlərdən danışdı.

Görüş zamanı ölkələrimiz arasında hava nəqliyyatı, turizm, kənd təsərrüfatı, enerji, neft-kimya, birgə sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycan-Qətər ikitərəfli əlaqələrinin genişləndirilməsinin önəmi qeyd olundu.

* * *10:45

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin sabiq Baş naziri və xarici işlər naziri Şeyx Həməd bin Casim bin Cabir Al Tanini qəbul edib.
Diaspora