ABŞ müdafiə naziri gözlənilmədən Əfqanıstana getdi

ABŞ müdafiə naziri gözlənilmədən Əfqanıstana getdi backend

ABŞ müdafiə naziri Ceyms Mettis Əfqanıstana səfər edib. APA-nın verdiyi məlumata görə, əvvəlcədən elan olunmamış səfər zamanı C. Mettis amerikalı hərbçilər və Əfqanıstan rəhbərliyi ilə görüşlər keçirəcək.

Pentaqon rəhbərinin səfəri bu ölkənin müdafiə naziri Abdulla Xan Həbibi və Quru Qoşunlarının qərargah rəisi Qədəm Şah Şəhinin istefa verdikləri zamana təsadüf edib. Hər iki yüksək vəzifəli hərbçi ötən həftə Taliban qruplaşması tərəfindən həyata keçirilən və azı 170 nəfərin ölümünə səbəb olan hücuma görə istefaya gedib.
Diaspora