Sərkisyanın savaş ritorikasına Vaşinqtondan cavab

Sərkisyanın savaş ritorikasına Vaşinqtondan cavab backend

Ermənistanın əldə etdiyi "İsgəndər" raket komplekslərinə mümkün nüvə başlığı quraşdırması regionda nüvə müharibəsi təhdidi yaradır. Report xəbər verir ki, bu barədə ABŞ-ın "Vaşinqton Tayms" nəşrində dərc olunmuş məqalədə deyilib.

"Qara dəniz və Xəzər dənizi arasında uzanan Qafqaz dağları Ermənistan Prezidenti Serj Sərkisyanın təhlükəli oyunları səbəbindən tezliklə nüvə partlayışlarının olacağı məkana çevrilə bilər. Ermənistan qanunsuz şəkildə Azərbaycanın qərb hissəsində torpaqları işğal edib, azərbaycanlılara qarşı hərbi təcavüz olub, o cümlədən 1992-ci ildə bu ölkənin 600 vətəndaşını kütləvi şəkildə qətlə yetirilib. Təəssüf ki, Ermənistan regionu nüvə müharibəsi həddinə çatdırır", - məqalədə yazılıb.

Müəllif qeyd edir ki, Ermənistan ötən ilin payızında Rusiyadan "İsgəndər" raket sistemləri alıb.

"Bu, Azərbaycana və NATO-nun müttəfiqi Türkiyəyə mesaj mənası verən böyük təxribat idi. Bu, Moskvanın Avrasiyada və Yaxın Şərqdə raket kompleksləri yerləşdirməklə və Qərb maraqlarına təhdid xaraketeri daşımaqla bağlı siyasi xəttinə əsaslanır", - nəşr vurğulayıb.
Diaspora