Türk heyəti bu gün Moskvaya gedir – Sanksiya

Türk heyəti bu gün Moskvaya gedir – Sanksiya backend

Türkiyə Baş nazirinin müavini Məhməd Şimşək Rusiya tərəfindən tətbiq olunan sanksiyaların ləğv olunması üçün bu gün Moskvaya səfər edəcək.


Axar.az xəbər verir ki, onunla birlikdə İqtisadiyyat naziri Nihad Zeybəkçi də Moskvaya gedəcək. Türk heyəti orada Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviçlə görüşəcək.

Görüş zamanı meyvə və tərəvəz idxalına qoyulan qadağanın, eləcə də bir çox sahədə tətbiq olunan sanksiyaların ləğv olunması məsələsi müzakirə ediləcək.
Diaspora