Azərbaycanın xarici işlər naziri Maltaya səfərə gedib

Azərbaycanın xarici işlər naziri Maltaya səfərə gedib backend

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maltaya səfərə gedib. "Report" xəbər verir ki, üçgünlük səfər zamanı Azərbaycan XİN başçısı maltalı həmkarı Corc Vella, Malta prezidenti Mari-Luiz Koleyro Preka ilə danışıqlar aparacaq.

Səfər çərçivəsində ölkələr arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə həmçinin Azərbaycanın Maltadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov daxildir.
Diaspora