Rusiya Prezidenti Vladimir Putin İran və Suriya xarici işlər nazirləri ilə görüşməyəcək. Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
Qeyd edək ki, Suriya Xarici İşlər naziri Valid Muəllim və İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif sabah Rusiyaya səfər edəcəklər.Tillersonun Moskva səfəri zamanı Putinin onunla görüşməyəcəyi bildirilsə də, ötən gün Rusiya lideri ilə ABŞ dövlət katibi arasında 2 saatlıq görüş baş tutdu.