Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputat Cavanşir Feyziyev aprelin 9-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.
Milli Məclisin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Devid Makallisterin dəvəti ilə baş tutacaq səfər zamanı millət vəkilləri avropalı deputatlarla bir sıra görüşlər keçirəcəklər.Görüşlərdə Azərbaycanla Avropa Parlamenti arasında əlaqələrin hazırkı durumu və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Səfər aprelin 13-də başa çatacaq.