Avropa özünü tükəndirib və “çürüyən qitə”yə çevrilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Balıkəsirdə təşkil olunan mitinqdə çıxışı zamanı bildirib.“Avropa bu gün çürüməkdə olan qitədir, onun artıq nə Türkiyəyə, nə də ki beynəlxalq ictimaiyyətə deyəcək sözü yoxdur. Avropa özünü tükəndirib və düşdüyü vəziyyət ona baha başa gələcək. Avropalıların əsrlərlə qoruduğu dəyərlər rədd edilib”, - deyə Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, bu gün Avropa ölkələrində insan haqları pozulur, demokratiya normalarına əməl olunmur: “Avropa artıq demokratiya mərkəzi yox, zorakılıq və nasizm mərkəzidir”.