Hindistana getmək istəyənlər - Viza verilməsi qaydaları DƏYİŞDİRİLDİ

Hindistana getmək istəyənlər - Viza verilməsi qaydaları DƏYİŞDİRİLDİ backend

Hindistanın Bakıdakı səfirliyi Azərbaycan vətəndaşları üçün viza verilməsinin yeni qaydalarını elan edib.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, Hindistana istirahət, gəzinti, müalicə, ezamiyyət məqsədi ilə getməyi planlaşdıran Azərbaycan vətəndaşları onlayn formada viza ala biləcək. Elektron viza üçün anketi bu ünvanda doldurmaq olar:

https://indianvisaonline.gov.in/evisa/Registration

Elektron viza üçün rüsum haqqı 50 dollar təşkil edəcək. Elektron vizanın müddəti Hindistana daxil olan gündən 60 gün müddətində olacaq. Elektron viza ilə Hindistana 2 dəfə, elektron tibbi viza ilə 3 dəfə daxil olmaq mümkün olacaq. Viza üçün müraciət Hindistana gediş tarixinə dörd gündən gec olmayaraq təqdim edilməlidir.

Elektron vizadan əlavə daha uzun müddətə və digər məqsədlərlə adi viza almaq mümkündür.