Elmar Məmmədyarov Estoniyanın dövlət idarəçiliyi naziri ilə görüşüb

Elmar Məmmədyarov Estoniyanın dövlət idarəçiliyi naziri ilə görüşüb backend

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Estoniyanın dövlət idarəçiliyi naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri müzakirə olunub və Hökumətlərarası Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib.
Azərbaycanla Estoniya arasında ticari-iqtisadi münasibətlərin inkişafı baxımından komissiyanın bu yaxınlarda keçiriləcək iclasının önəmi vurğulanıb.

İki ölkənin nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və tibb sahələrində əməkdaşlığı üçün əlverişli imkanların mövcud olduğu bildirilib. Azərbaycanla Estoniya arasında ticarət dövriyyəsinin genişləndirilməsi, həmçinin qarşılıqlı ixrac imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd edilib.
Diaspora