Prezident İlham Əliyev serbiyalı həmkarı Aleksandr Vuçiçi Azərbaycana səfərə dəvət edib. APA-nın məlumatına görə, İ. Əliyev bunu Serbiya səfiri Neboyşa Rodiçlə görüşdə bildirib.
Səfir Neboyşa Rodiç prezident İlham Əliyevin Serbiyaya səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini bildirib. Səfir Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə ölkəmizin hər yerində böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.