Prezident Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

Prezident Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib backend

Prezident İlham Əliyev fevralın 2-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzərTAC xəbər verir ki, görüşdə Azərbaycanda gedən sürətli inkişaf proseslərindən məmnunluq ifadə olunub, ölkədə müasir infrastruktur və yeni sənaye sahələrinin yaradılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərin önəmi qeyd edilib.
Söhbət zamanı Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından danışıldı, Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılması baxımından əhəmiyyəti qeyd olunub.
Diaspora