Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Argentina prezidenti Maurisio Makriyə təqdim edib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə səfir R. Aslanov ölkəmiz haqqında prezident M. Makriyə ətraflı məlumat verib.Görüş əsnasında Azərbaycan və Argentina arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Prezident M. Makri səfir R. Aslanova diplomatik fəaliyyətində uğurlar arzulayıb.