“1990-ci il yanvarın 20-də Mixail Qorbaçov dinc sakinlər üzərinə tanklar yeritmək əmri verib, həmin insanlar onun rəhbərlik etdiyi dövlətin vətəndaşları olub. Bu biabırçı hadisə onunla bitdi ki, SSRİ kimi böyük bir dövlət dağıldı. Belə hadisələrdən dərs götürmək lazımdır”.
Bunu Moldova Ombudsmanı Aurelia Qriqoriu deyib. O bildirib ki, Nobel Sülh Mükafatı laureatı olan Mixail Qorbaçov 20 Yanvar hadisələrinə görə Azərbaycan xalqı qarşısında üzr istəməli, günahlarını etiraf etməlidir: “Dünya ictimaiyyəti də buna qiymət verməlidir. Onun əfv alıb-almayacağı başqa məsələdir, amma insanlığa qarşı törədilən cinayətlər öz qiymətini almalıdır”.