Putin: “Türkiyə ilə münasibətlər qətiyyətlə normallaşır”

Putin: “Türkiyə ilə münasibətlər qətiyyətlə normallaşır” backend

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya ilə Türkiyə arasında münasibətlər əvvəlki normal vəziyyətinə qayıdır.

Virtualaz.org xəbər verir ki, Kremlin Böyük sarayının Aleksandr zalında 18 ölkənin səfirlərinin etimadnamələrini qəbul edən Vladimir Putin deyib: “Türkiyə ilə münasibətlər qətiyyətlə normal, qarşılıqlı əlverişli axarına qayıdır”.

Bundan əlavə, Rusiya prezidenti qeyd edib ki, Rusiya Türkiyənin Suriya münaqişəsinin tənzimlənməsində rolunu qiymətləndirir.
Diaspora