Ermənistanın Armavir vilayətinin Crarat kəndində hakim Respublika Partiyasının yerli strukturunun nümayəndələri “Ohanyan-Raffi-Oskanyan” blokunun tərəfdarlarına silahlı hücum ediblər.
APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə blokun seçkiqabağı qərargahının yaydığı məlumatda deyilir.
Hadisə bu gün günorta saatlarında baş verib. Nəticədə 3 nəfər xəstəxanaya yerləşdirilib.