Dövlət qulluğuna qəbulun təşkili və keçirilməsi qaydası təsdiqlənib

Dövlət qulluğuna qəbulun təşkili və keçirilməsi qaydası təsdiqlənib backend

Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"nı təsdiq edib.

"Report"un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Bu qayda dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanmasını, ekspertizasını, təsdiqini, test imtahanının təşkilini, keçirilməsini, qiymətləndirmənin aparılmasını tənzimləyir.

“Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 30 iyul tarixli qərar ləğv edilib.
Diaspora