Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Abxaziyada keçirilmiş qondarma parlament seçkiləri ilə əlaqədar bəyanat yayıb.
Qaziler.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bəyanatda deyilir: “Azərbaycan Respublikası Abxaziyanın müstəqilliyini və nəticə etibarilə, 2017-ci il martın 12-də Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi inanır ki, Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir”.