Elmar Məmmədyarov xarici işlər nazirlərinin 6-cı görüşündə iştirak edəcək.
Xarici işlər naziri Elmar Məmmədyarov Lüksemburqa səfər edib.Azərbaycan Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov nümayəndə heyəti ilə birgə Lüksemburqa yola düşüb.
Səfər Lüksemburqda keçiriləcək Şərq tərəfdaşlığında iştirak edən ölkələrin və Avropa ittifaqına üzv ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə iştirak etmək məqsədi daşıyır.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukrayna.
"Şərq Tərəfdaşlığı" proqramı rəsmi olaraq mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minib.