Ermənistanın Rusiyada fəaliyyətsizlikdə ittiham olunan səfiri istefaya göndəriləcək

Ermənistanın Rusiyada fəaliyyətsizlikdə ittiham olunan səfiri istefaya göndəriləcək backend

Ermənistanın Rusiyadakı səfiri Oleq Esayan martın 9-da istefaya göndəriləcək.

Qaziler.az-ın məlumatına əsasən, bu barədə Report “Jamanak” qazetinə istinadən xəbər verir.

Məlumata əsasən, onu Vardan Toqanyan əvəz edəcək.

Vardan Toqanyan 2014-cü ildə almazların cilalanması ilə məşğul olan “Şoqakn” şirkətinin səhmdarı olub.

Qeyd edək ki, Ümumrusiya Dövlət Teleradio Yayım Şirkətinin siyasi verilişlərin aparıcısı Vladimir Solovyovun Yerevana gəlişindən sonra, Ermənistanın Rusiyadakı səfiri Oleq Esayanın istefası barədə məlumatlar yayılıb. Vladimir Solovyov mətbuat konfransında səfiri fəaliyyətsizlikdə ittiham edib.
Diaspora