Jirinovski: “Oksana Puşkina Bakıya getməklə qanunu pozub...”

Jirinovski: “Oksana Puşkina Bakıya getməklə qanunu pozub...” backend

Qalmaqallı rusiyalı siyasətçi, LDPR lideri Vladimir Jirinovski yenə çıxışında Azərbaycanın adını çəkib.

Virtualaz.org xəbər verir ki, Jirinovski bu dəfə həmkarı, majoritar sistem üzrə Dövlət Dumasına seçilən məşhur teleaparıcı Oksana Puşkinanı tənqid edərkən onu “Azərbaycana qanunsuz səfər etməkdə” günahlandırıb. Jirinovskinin bildirdiyinə görə, Oksana Puşkina birmandatlı dairədən seçildiyi üçün dövlət hesabına ancaq öz seçildiyi dairə ərazisində səfərlər edə bilər.

“Oksana Puşkina Azərbaycana və Severodvinskə səfərləri ilə deputat statusunu pozub, çünki o, ancaq öz seçildiyi dairədə işləməlidir. Belə səfərləri ancaq öz hesabına, özü də qeyri-iş günləri edə bilər”-Jirinovski deyib.

LDPR lideri qadın deputat haqda çıxışını davam etdirərək deyib ki, ona birinci hücum etmək istəmirdi. “Bunu sən başladın”-o deyib.

Oksana Puşkina NTV-də Jirinovskini tənqid edib, onun oğlu İqor Lebedevin də Dövlət Dumasının deputatı olduğunu yada salıb.

Jirinovski buna cavab olaraq deyib ki, sırav deputat Dövlət Dumasında fraksiya liderini tənqid edə bilməz. Üstəlik onun oğlu bu gün-sabah baba olacaq və övladlar ancaq yetkinlik yaşına çatmayana qədər kiminsə uşaqları hesab oluna bilərlər. Yetkinlik yaşına çatandan sonra onlar müstəqil adam olurlar.



Oksana Puşkina fevralın 24-də Bakıda “Sputnik Azərbaycan” beynəlxalq mətbuat mərkəzində “Rusiya və Azərbaycan: əməkdaşlıq və inkişafın 25 ili” mövzusunda keçirilən tədbirə qatılıb.



Diaspora