"Ermənistanla Dağlıq Qarabağla bağlı danışıqlar hazırda dayanıb".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Diplomatiya Akademiyasında çıxışında Azərbaycan xarici işlər Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara getmir: "Biz təklif etmişik ki, substantiv danışıqlar davam etdirilsin, lakin Ermənistan tərəfi buna yaxın durmur.
Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik".