"Ey Almaniya, sizin yaxından-uzaqdan demokratiya ilə heç bir əlaqəniz yoxdur". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə rəsmilərinin referendumla bağlı Almaniyada keçirilən toplantılara buraxılmamasına münasibət bildirərkən deyib.
O bildirib ki, Almaniyadakı tərəfdaşlarının çıxışına izn vermirlər: "Elə bilirlər onların çıxışına izn verməməklə "Bəli" deyil, "Xeyr" səsi çıxacaq? Bizə demokratiya dərsi vermək istəyirsiz, amma ölkənin nazirinin çıxışına qadağa qoyursuz. Bu barədə bütün beynəlxalq tədbirlərdə danışacağıq. Almaniyanı rüsvay edəcəyik!".