İranda sosial şəbəkələrin blok edilməsinin fəal iştirakısı olmasına baxmayaraq, dövlətin eks-prezidenti Mahmud Əhmədinecad Twitter sosial şəbəkəsində öz akkauntunu açıb.
Qaziler.az-ın -ın xəbərinə görə, bu barədə The Guardian məlumayt verir.Siyasətçi öz ilk tvitini ingilis dilində yazıb, daha sonra isə bu akkauntun həqiqiliyini təsdiqləyən video yerləşdirib.
O, qeyddə insanları onun akkauntunu -@Ahmadinejad1956 oxumağa səsləyib.
Öz akkauntunun təsvirində o qeyd edib ki, “o, ər, ata, baba, universitetdə professor, prezident, mer, İranın məğrur vətəndaşıdır”.
Sosial şəbəkə istifadəçiləri cəld Əhmədinecada xatırladıblar ki, məhz onun yenidən prezident seçilməsinə etirazlara görə 2009-cu ildə İran ərazisində Twitter blok edilmişdi.