Rusiyanın prezidenti Vladimir Putin Moskvada 9 martda İzrailin baş naziri Binyamin Netanyahu, 10 martda isə Türkiyənin prezidenti Rəcəb Ərdoğanla görüşməyi planlaşdırır.
Qaziler.az RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.Xatırladaq ki, bu həftə Türkiyənin XİN rəhbəri bildirib ki, dövlət başçısı Ərdoğan 10 mart tarixində Rusiya Federasiyasına səfəri çərçivəsində Suriya məsələsini də müzakirə etməyi planlaşdırır.