"Cəbhədə təxribatlar törədilməsində Ermənistan rəhbərliyinin hansısa məqsədləri var".
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu sözləri Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.O bildirib ki, Vyana və Sankt-Peterburq görüşlərində təmas xəttində sabitliyin qorunması əsas şərt kimi irəli sürülsə də, Ermənistanın təxribatlar törətməsi hansısa məkrli planın bir hissəsidir: "Bir qədər gözləyək. Bu barədə hələlik açıq danışmaq istəmirəm".