Ermənistan parlamentində növbəti iclasın keçirilməsi üçün lazım olan kvorum əldə olunmayıb. Azvision.az xəbər verir ki, lazım olan 66 deputat əvəzinə iclasda 39 deputat qeydiyyatdan keçib.
Jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov faktı təsdiqləyib: “Mən may ayının 31-nə qədər parlamentinin hazırkı heyətinin iclaslarının keçirilməsini istəyərdim. Lakin hazırda vəziyyət belədir. Kvorum yoxdur. Biz mövcud reallıqla barışmalıyıq. Əgər saat 15:00-ə qədər kvorum təmin olunsa biz işimiz davam etdirəcəyik. Lakin kvorum əldə olunmasa, yeni parlamentə seçkilərlə bağlı təşviqat kampaniyalarına hazırlaşmağa başlayacağıq”.