Ter-Petrosyanın partiyası Qarabağ üzrə yenidən sülhə və güzəştlərə çağırır

Ter-Petrosyanın partiyası Qarabağ üzrə yenidən sülhə və güzəştlərə çağırır backend

Dağlıq Qarabağda sülhün bütün mahiyyəti — bu, qarşılıqlı güzəştlərdir.

Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bunu fevralın 27-də Milli Məclisdə jurnalistlərlə söhbətdə Erməni Milli Konqresi parlament fraksiyasının başçısı Levon Zurabyan deyib.

O xatırladıb ki, sabiq prezident Levon Ter-Petrosyanın komandasında qarşılıqlı güzəştlərə cəhd 1991-ci ildə, 1994-cü ildə, 1998-ci ildə və ondan sonra da olub.

“Mən düşünmürəm ki, məntiqə malik olan hansısa bir ciddi insan sülhün zərurət olduğunu və ona nail olmaq üçün qarşılıqlı güzəştlərin vacibliyini anlamasın”, - deyə Zurabyan vurğulayıb.
Diaspora