ABŞ Baş Qərargah rəisi rusiyalı həmkarı ilə Bakıda keçirdiyi görüş barədə danışıb

ABŞ Baş Qərargah rəisi rusiyalı həmkarı ilə Bakıda keçirdiyi görüş barədə danışıb backend

ABŞ Baş Qərargah rəisi rusiyalı həmkarı ilə Bakıda keçirdiyi görüş barədə danışıb

ABŞ Silahlı Qüvvələri qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri general Cozef Danford ötən həftə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovla Bakıda keçirdiyi görüşü şərh edib.

Qaziler.az-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Cozef Danford Vaşinqtondakı Brukinq İnstitutunda çıxışı zamanı qeyd edib ki, onun Valeri Gerasimovla Bakıda görüşməsi ABŞ-ın Rusiyaya dair siyasətində dəyişikliyin baş verməsi anlamına gəlmir.

“ABŞ-da, bizim hərbi sahədə əməkdaşlığımıza mane olan qanun var”, - deyə Danford Barak Obama administrasiyasının Rusiya ilə bu cür təmasların azaldılmasına dair qərarını nəzərdə tutub.

“Mənim rusiyalı həmkarımla Bakıdakı görüşüm siyasətdə hər-hansı dəyişikliklərin baş verməsi kontekstində keçirilməyib və ABŞ administrasiyası ilə heç bir əlaqəsi yoxdur”, - deyə Danford qeyd edib.
Diaspora