Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf fevralın 24-də Azərbaycanda rəsmi səfərə gələcək.
Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Səfər çərçivəsində M.Ə.Yusufun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.