Rusiya baş nazirinin müavini Dmitri Roqozin özünün “Facebook” səhifəsində Rusiyanın üç əsas müttəfiqinin adını açıqlayıb. O, imperator III Aleksandrın məşhur “Bütün dünyada bizim iki sadiq müttəfiqimiz var – ordumuz və donanmamız” fikrini bir qədər dəyişərək yazıb:
“Rusiyanın üç müttəfiqi var – ordusu, hərbi-dəniz donanması və hərbi-sənaye kompleksi”.
Roqozin Rusiyanın “müttəfiq”lərini 23 Fevral – Vətənin keşikçiləri günü münasibətilə təbrik edib.