"Avstriya Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, digər münaqişələrdə irəliləyiş əldə olunması üçün bütün səyləri dəstəkləyəcək".
Bu barədə Avstriyanın xarici işlər naziri, ATƏT-nın hazırkı sədri Sebastyan Kurts BMT Təhlükəsizlik Şurasının çıxışında bildirib.
“Avstriya Dnestryanı, Gürcüstanda və Dağlıq Qarabağdakı münaqişələrdə irəliləyişin əldə olunması istiqamətində bütün səyləri dəstəkləyəcək. Avstriya ATƏT-də sədrliyə çox çətin məqamda başlayıb. Hara baxırsan, sülh və təhlükəsizliyə qarşı ağır təhdidləri görürsən”, – deyə Kurts vurğulayıb.(azvision.az)