İran ordusu irimiqyaslı təlimlər keçirir

İran ordusu irimiqyaslı təlimlər keçirir backend

İran İnqilab Keşikçiləri Qvardiyasının quru qoşunlarının “Peyambar-e- Əzam-11” (“Böyük peyğəmbər-11”) adı altında üç günlük hərbi təlimləri başlayıb.


“Report” “Fars News”a istinadən xəbər verir ki, hərbi manevr İranın mərkəz hissəsindəki böyük çöldə və ölkənin şərq hissəsində keçirilir.

İnformasiyaya əsasən, təlimlərdə qvardiyanın artilleriyası, Hava Hücumundan Müdafiə Qoşunları, Pilotsuz Uçan Aparatlar, piyada və hava qüvvələri iştirak edir.

Məlumata görə, təlimlər fevralın 22-də başa çatacaq.

Qeyd edək ki, bu il yanvarın 23-də ölkənin qərb hissəsində 4 günlük hərbi təlim keçirilib.
Diaspora