Nalbandyan təcili Moskvaya gedir

Nalbandyan təcili Moskvaya gedir backend

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bu gün Moskvaya səfər edəcək. Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, Nalbandyanın səfəri iki gün davam edəcək.

Səfər çərçivəsində E. Nalbandyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Məlumata görə, görüşdə ikitərəfli əməkdaşlıq, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Ermənistan XİN-in mətbuat xidməti isə nazirlərin, həmçinin Dağlıq Qarabağ münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımları müzakirə edəcəklərini bildirib.
Diaspora